Bütün Kurslar

image

Sizin üçün 3 kurs tapıldı

Kurslar

$100
image

Abituriyentlər üçün geologiya

Kursun hazırlanması zamanı orta təhsil səviyyəsində materiallardan istifadə olunmuş, mövzuların daha anlaşıqlı olması üçün sadə izah verilmişdir. Kursu bitirən məktəblilər ali təhsil üçün bu ixtisasa müraciət edərkən baza məlumatlara malik olmuş olur. Kurs üçün : - Hər dərs 60 dəqiqə nəzərdə tutulub. - Hər dərs üçün ayrılıqda prezentasiya hazırlanıb. - Prezentasiyalarda sözlər əvəzinə çoxlu şəkillərdən istifadə olunub. - Hər dərs animasiya və videolarla təsəvvür yaradılmışdır. - Mövzularla bağlı oyunlar planlaşdırılıb ( misal üçün, şəkildəki süxuru tap). - Ev tapşırıqları nəzərdə tutulub (məsələn, Günəşin, planetlərin şəklini çək ). - Hər dərsin son 10 dəqiqəsi dərsin təkrarına ayrılacaq, hiperaktiv keçiriləcək. - Kursun sonunda uşaqlara sertifikat təqdim olunacaq.

$100
image

English in Geology

Əziz tələbələrim, mən tələbə olduğum dönəmlərdə öz dilimizdə təhsil almağıma baxmayaraq ingilis dili ilə yaxından maraqlanırdım. Doğrudur, öz dərslərimizdən bunu etməyə çox vaxtımız olmurdu, lakin yenə də vaxt olduqca özümü inkişaf etdirməyə çalışırdım. Məzh bunların nəticəsidir ki, həmin illərdə ingilis dili imtahanlarımdan aldığım nəticələr yüksək oldu, BP şirkətinin təşkil etdiyi yay təcrübə proqramının öncə qalibi oldum, sonra isə fərqlənən komandası olduq. Bütün bunların başında geologiyanı ingilis dilində düzgün qavraya bilməyim dayanmışdı. İngilis dilində geoloji terminlərin düzgün dərk edilməsi, geoloji ünsiyyət bacarıqlarımın olması mənim təcrübədə özümü fəal şəkildə göstərməyimə səbəb olmuşdur. Məlum məsələdir ki, əgər biz qlobal arenaya çıxmaq istəyiriksə ingilis dili biliklərinə də yiyələnməliyik. Bunun üçün uzun müddətli kurslara gedirik, general english öyrənirik. Bu kurs isə yalnız geoloqlar üçün təşkil olunur. Yəni bu kursda siz yalnız geologiya sahəsində istifadə olunan əsas ingilis dili sözlərini, cümlələrini mənimsəmiş olacaqsınız. Bu kurs sizə qısa zaman ərzində xarici geoloqlarla, xarici şirkətlərlə əlaqə qurmağınıza, orada effektiv əlaqələr yaratmağınıza, hətta iş təklifləri almağınıza kömək edəcək. Həmçinin kursdan öyrənəcəyiniz məlumatlarla siz özünüzü qlobal arenada da tanıda bilərsiniz. Kurs A2-B1 səviyyəli tələbələr üçün nəzərdə tutulmuşdur. Kursun sonunda imtahan nəticələri 90+ olan şəxslərə tərəfimizdən Udemy online kursları platformasından ingilis dili kursları hədiyyə ediləcəkdir. Həmçinin sizin üçün beynəlxalq standartlara cavab verən Europass CV-nin hazırlanması da tərəfimizdən təmin olunacaq. Həmin sertifikatlar və Europass CV-niz sizə xarici şirkətlərin vakansiyalarına müraciət edərkən üstünlüklər qazandıracaqdır. Kurs onlayn şəkildə keçirilir, 12 dərsdən ibarətdir, hər bir dərs 90 dəqiqə planlanıb. Kursun ümumi müddəti 1.5 ay olacaqdır. Dərsdə iştirak edə bilməyən tələbələr üçün təkrar dərslər təşkil ediləcəkdir. Kurs zamanı tələbələrin məsuliyyəti, davamiyyəti, diqqəti yoxlanacaqdır. Kursu uğurla bitirənlər sonda təlimçimizin imzası olan və təşkilatımız tərəfindən verilən sertifikatı əldə edəcəkdir. Kursun məbləği isə ümumi olaraq 100 Azn təşkil edir. Ödəniş üçün milliön, emanat terminallarından, həmçinin kart hesablarınızdan istifadə edə bilərsiniz.

$119
image

Test

Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur Test ucundur