Geologyworks nədir?

Geologyworks geofizika, dağ-mədən və neft-qaz, coğrafi informasiyalar sistemi, mühəndis geologiyası və s. geologiya üzrə elm sahələri barəsində təlimlər, layihələr, təcrübələr və peşəkar inkişaf imkanları təqdim edən könüllü cəmiyyətdir.

Geologyworks hansı xidmətləri təklif edir?

Peşəkar və başlanğıc səviyyə proqram kursları Seminar və workshoplar Sahə təcrübəsi proqramları Konsultasiya və mentorluq Geologiya üzrə xüsusi layihələr Satış məhsulları

Təlimlər kimlər üçün nəzərdə tutulub?

Tələbələr Yeni məzunlar Gənc mütəxəssislər Təcrübəli geoloqlar Geologiyaya marağı olan məktəblilər

Kurslara necə qeydiyyatdan keçmək olar?

- Kurslar bölməsindən və ya əlaqə nömrəmizə Whatsapp üzərindən yazmaqla.

Təlimlərdə sertifikat təqdim olunurmu?

- Ödənişli təlimlərimizin hamısında rəsmi sertifikat təqdim olunur. Ödənişsiz təlimlərin bəzilərində isə iştirak sertifikatları verilir (sertifikat verilən təlimlərdə öncədən veriləcəyi barədə məlumat qeyd edilir).

Təlimlər onlayndır, yoxsa əyani?

- Hər iki format mövcuddur.

Geologyworks Cəmiyyətində könüllü olmaq mümkündürmü?

- Bəli. Müxtəlif şöbə və sektorlar üzrə könüllü və komanda üzvlərinin qəbulu aparılır. Müraciət üçün iş nömrəmizə Whatsapp üzərindən yazmağınız xahiş edilir.

Şirkətlər və təşkilatlar əməkdaşlıq edə bilərmi?

- Təlim, layihə, sponsorluq və korporativ əməkdaşlıq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Cəmiyyət ilə necə əlaqə saxlamaq olar?

- Əlaqə bölməsində göstərilən email, sosial media və əlaqə forması vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Yeni fəaliyyətlərinizdən necə xəbərdar ola bilərəm?

- Tədbirlər (Events) bölməsini izləyə bilərsiniz.

Cəmiyyətin məqsədi nədir?

- Ölkədə geologiya elm sahələrini inkişaf etdirmək, peşəkarlar və gənclər arasında əlaqə qurmaq, müasir nəzəri və praktiki bilikləri cəmləmək.